kardiologiyada yenilik - kardioarginin

Файл для скачивания

Unikal kardioprotektor

 

Tərkibi: 1 ml-də 170 mq arginin asparaginat, 140 mq diarginin suksinat, 40 mq maqnezium asparaginat, 45 mq kalium asparaginat.

 

Farmakoloji xüsusiyyətləri: Antihipertenziv və adaptogenxüsusiyyətlərə malik olan kardio- və endotelprotektiv metabolik vasitədir. Preparat miokardın işemiyasını azaldır, koronar qan dövranını yaxşılaşdırır, tac və periferik damarların endotelinin funksional vəziyyətini normallaşdırır, antihipoksik, membranstabilləşdirici, antioksidant və antiradikal xüsusiyyətlərə malikdir. Arterial hipertenziya zamanı arterial təzyiqin normallaşmasını təmin edir və damarların ümumi periferik müqavimətini azaldır. Preparatın antihipertenziv təsiri azot oksidin donoru kimi argininin endotelasılı vazodilatasiyanı gücləndirməsi hesabına reallaşır, bundan əlavə bu aminturşunun arterial təzyiqi normallaşdırması və orqanizmin maye mühitlərinin osmolyarlığını və qan  həcmini stabil saxlaması xassəsi onun sintezə peptidergik hormon olan arginin vazopressini qoşması ilə bağlıdır. Preparatın metabolik kardioqoruyucu təsiri arginin, asparaginat və suksinatın ürək əzələsinin enerji təminatı proseslərini aktivləşdirməsi, hüceyrələrdə energetik potensialı bərpa etməsi, qələvi-turşu balansını və aralıq mübadiləni, həmçinin miokardda proteinlərin mübadiləsini normallaşdırması, aminturşu, aminoşəkərlər və nukleotidlərin sintezini stimullaşdırması ilə əlaqədardır. Asparaginat K+ və Mg2+ kimi ionların hüceyrədaxili daşıyıcısıdır. Kalium və maqnezium asparaginatın hesabına orqanizmdə elektrolit disbalansın qarşısı alınır, koronar qan dövranı yaxşılaşır. Mg2+ ionları Na+-K+-ATFaza-nı aktivləşdirir, bunun da nəticəsi olaraq hüceyrədaxili Na+ ionlarının konsentrasiyası azalır və hüceyrəyə K+ ionlarının daxil olması artır. Hüceyrə daxilində Na+ ionları konsentrasiyasının azalması zamanı damarların saya əzələlərində Na+ ionlarının Ca2+ ionlarına mübadiləsi tormozlanır, bu da öz növbəsində əzələlərin relaksasiyasına gətirib çıxarır. K+ ionları ATF, qlikogen, zülal, asetilxolinin sintezini stimullaşdırır. Hüceyrə metabolizminin substrat induksiyası hesabına preparat adaptogen-aktoprotektor təsir göstərir. Arginin, asparaginat və suksinat Krebs dövranının fermentativ proseslərini aktivləşdirir, fiziki yüklənmə zamanı hüceyrələrdə yağ turşuları və qlükozanın utilizasiyasını stimullaşdırır, hüceyrənin enerji təminatının aerob proseslərinə müsbət təsir edir, süd turşulu asidozu azaldır.

İstifadəsinə göstəriş: xroniki ürək çatışmazlığının kompleks terapiyası, ürəyin işemik xəstəlikləri (damarların disfunksiyası və ya spazmı ilə əlaqədar olan stabil stenokardiya, miokardın ağrısız işemiyası), arterial hipertenziya, miokard infarktından sonrakı erkən periodda reabilitasiya.

İstifadə qaydası: Kardioarginin damardaxili damcı və ya şırnaq formasında təyin edilir. 5 ml preparat 100-200 ml-lik 5%-li qlükoza və ya 0,9%-li NaCl məhlulunda həll edilərək gündə 1-2 dəfə dəqiqədə 20-30 damcı sürətilə damardaxili yeridilir.

Şırnaq şəklində (5 ml/dəq. sürətindən çox olmamaqla) gündə 1-2 dəfə 5 ml damardaxili yeridilir. Müalicə müddəti: 5-10 gün. Sutkalıq yüksək doza 10 ml.

Əks göstəriş: preparatın komponentlərinə qarşı yüksək fərdi həssaslıq, hiperkaliemiya, I və II dərəcəli atrioventrikulyar blokada.

Buraxılış forması: 5 ml-lik ampullarda inyeksiya üçün həlledici №10. сentrumpharma


Davamı →

Oynaq çıxıqları zamanı ilk tibbi yardım

Oynaq çıxıqları, travma zamanı oynaqda olan sümüklərdən birinin oynaq kapsulasını yırtaraq oynaq boşluğu daxilindən xaricə çıxması hallarında baş verir.

Oynaq çıxıqlarının ümumi əlamətlərinə oynağın normal formasının dəyişməsi, çıxan sümüyün digər yeni sahədə yerləşməsi, ətrafın ölçüsünün qısalması və ya uzanması, oynaq nahiyəsində olan kəskin ağrı kimi əlamətlər daxildir.

Əgər travmaya məruz qalan uşaqdırsa, aşağıdakı əlamətlər oynaq çıxığından şübhələnməyə əsas verə birər: uşaq zədələnən ətrafını hərəkət etdirə bilmir və ya onu çətinliklə hərəkət etdirir, o narahat olur, ağlayır, böyüklərə travma aldığı qola və ya ayağa toxunmağa imkan vermir, toxunduqda isə daha bərkdən ağlamağa başlayır.

Heç bir halda nə böyük şəxsdə, nə də uşaqda oynaq çıxığını sərbəst şəkildə yerinə salmağa, və ya bu məqsədlə xalq təbiblərinə (sınıqçılara) müraciət etməyə cəhd etməyin!Travmadan sonra ilk 1-2 saat ərzində (!) zərərçəkəni mütləq xəstəxanaya çatdırmaq lazımdır ki, cərrah çıxmış ətrafı yerinə salsın.


Ardı →

Süni tənəffüs

Tənəffüsün dayanması zamanı xəstə huşsuz vəziyyətdə olur, döş qəfəsi hərəkət etmir, dəri və dodaqlar göyərir. Zərərçəkən şəxsin tənəffüsü dayanarsa, qanı oksigenlə təmin etmək üçün dərhal ona süni tənəffüs verməyə başlamaq lazımdır. Əgər bu zaman ürək fəaliyyəti də dayanarsa, zərərçəkənə süni tənəffüs ilə yanaşı, ürəyi yenidən işləməyə vadar etmək üçün ürəyin xarici (qapalı) masajı adlanan reanimasiya üsulundan da istifadə etmək lazımdır. Reanimasiyanı hər zaman süni tənəffüs hərəkətlərindən başlamaq lazımdır! 

Süni tənəffüs hərəkətlərini yerinə yetirmək üçün:

1.
 Zərərçəkəni üzüyuxarı olmaqla düz səthin üzərinə (stol, döşəmə, torpaq və s.) uzatmaq, geriyə qatlanaraq tənəffüs yolunu tutmaqla boğulmaya səbəb olmaması üçün dilini xaricə çıxarmaq lazımdır. Döş qəfəsinin bir qədər hündürdə olması üçün zərərçəkənin kürəklərinin altına bükülmüş paltar qoyurlar.


Ardı →

Soyuqdəymə zamanı ilk yardım

soyuqdəyməQış aylarında biz tez-tez kəskin respirator xəstəliklərinə (KRX və ya KRVİ) tutuluruq. El arasında bu xəstəlkləri «soyuqdəymə» adlandırırlar.

Bu çox dəqiq addır. Məsələ burasındadır ki, soyuq hava insan orqanizminin müdafiə imkanlarını kəskin azaldır. Nəticədə selikli qişalarımızda yaşayan və adi vaxtlar bizim üçün nisbətən ziyansız olan müxtəlif zərərli mikroblar kosmik sürətlə çoxalmağa başlayır və insan xəstələnə bilər.

Təbii ki, soyuqdəymə xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha yaxşıdır. Bunun üçün insan öz immun sistemini hər zaman «döyüşə» hazır vəziyyətdə saxlamalıdır. Bu işdə düzgün və xeyirli qidalanma, kifayət qədər yuxu və istirahət, fiziki aktivlik, vitamin-mineral komplekslərin qəbulu (həkimin təyini ilə!) sizə kömək edəcək. İmmuniteti zəiflədən əsas amillərdən biri də stresdir. Bu səbəbdən stresdən uzaq olmağa çalışın.

Əgər profilaktik tədbirlərə baxmayaraq siz özünüzdə xəstəliyin ilkin əlamətlərini hiss etmisinizsə, vaxt itirmədən aşağıda sadaladığımız tədbirlərə başlayın:


Ardı →

Uşaqlarda baş travmaları zamanı ilk yardım

Kiçik yaşlı uşaqlarda ən çox təsadüf edilən travma – kəllə-beyin travmasıdır. Bunun da əsas səbəbi uşağın yıxılmasıdır. Balaca uşaqlar bələndikləri stoldan, divandan və s. hündürlüklərdən və əksər hallarda da başıaşağı olmaqla yıxılırlar. Ona görə ki, əgər böyüklərdə baş, ümumi bədən uzunluğunun 1/8 hissəsini təşkil edirsə, uşaqlarda bu rəqəm ¼ hissəyə bərabər olur, yəni onların başı bədənlərinə nisbətən daha ağır olur. Bundan başqa, böyüklər yuxıldıqda reflektor olaraq başlarını qoruyurlar — əllərini qabağa verir və s. Uşaqlarda bu qoruyucu refleks formalaşmamış olur.

Əlbəttə ki, uşaqların yıxılmasının qarşısını hər vasitə ilə almaq lazımdır. Heç bir halda, hətta ən kiçik uşaqları da onları bələdiyiniz stolun üstündə, divanda nəzarətsiz qoymayın. Əgər sizə uşaq üçün digər otaqdan nə isə gətirmək, telefona cavab vermək, qapını açmaq və s. lazım olarsa, uşağı da mütləq özünüzlə aparın! Uşaqları uzun müddət ərzində otaqda tək qoymayın – onlar hər şeylə maraqlandıqları üçün stolun, stulun, şkafın və s. ev əşyalarının üstünə qalxmağı xoşlayırlar. Uşaqlarla gəzərkən də diqqətli olmaq lazımdır.


Ardı →

Elektrotravma zamanı ilk yardım

Elektrik cərəyanı ilə zədələnmə, adətən, elektrik cihazlarının nasazlığı, uşaqların onlarla ehtiyatsız və şıltaq hərəkətləri nəticəsində baş verir. Bədəndən elektrik cərəyanının keçməsi insan orqanizminin orqan və toxumalarda sağlamlıq üçün təhlükəli olan bir sıra fəsadlara səbəb ola bilər.

Sözsüz ki, söhbət uşaq orqanizmindən gedərsə, bu daha təhlükəlidir.

Elektrik cərəyanının insanın ona toxunan ətrafını “özünə yapışdırmaq” xüsusiyyəti vardır. Buna görə də bu zaman qarşıda duran əsas vəzifə zərərçəkənin elektrik cərəyanı ilə “əlaqəsini” kəsməkdən ibarətdir, çünki, zərərçəkən özü bunu edə bilmir.

Bunun üçün ilk növbədə cərəyanı kəsmək lazımdır (evdəki rubilniki söndürmək, elektrik qoruyucularını açmaq və ya elektrik məftilini quru tutacaqlı balta ilə kəsmək). Bunları etmək mümkün olmazsa, qalın quru (!) taxta və ya kitabın üstünə çıxaraq elektrik cərəyanı xətlərini plastik bir əşya və ya quru döşəməsilənlə (“şvabra”) kənara çəkmək və ya zərərçəkəni quru taxta, rezin və ya plastik bir əşya və ya “şvabra” ilə kənara itələmək lazımdır.


Ardı →

Dəm qazı ilə zəhərlənmə zamanı ilk yardım

Əfsuslar olsun ki, dəm qazı ilə zəhərlənmə yaşadığımız dövrdə tez-tez rast gəlinən bədbəxt hadisələrdəndir. Bu bədbəxtlikdən qurtulmaq üçün ilk növbədə bütün yollarla onun qarşısını almaq lazımdır.

Bunun üçün isə evlərdə təhlükəli qaz sobalarından istifadə etməmək, qaz kolonkası yanarkən uşağı uzun müddət hamam otağında tək qoymamaq və s. bu kimi qoruyucu tədbirlər yerinə yetirilməlidir!

Bəs dəm qazı ilə zəhərlənməni necə müəyyən etmək olar? Dəm qazı ilə yüngül zəhərlənmə zamanı zərərçəkəndə başgicəllənmə, baş ağrısı, quru öskürək, ürəkbulanma, qusma kimi əlamətlər meydana çıxır. Daha ağır zəhərlənmə zamanı isə qıcolmalar, huşun uzun müddət itirilməsi, beyin ödemi, ürəyin zədələnməsi baş verir. Yadda saxlamaq lazımdır ki, kiçik yaşlı uşaqlar az miqdarda dəm qazından hətta həyatlarını itirə bilərlər!


Ardı →

Suçiçəyi

Su çiçəyi xəstəliyini herpetik viruslardan biri törədir. 
Xəstəliyin baş verməsi ehtimalı çox yüksəkdir. Praktik olaraq bütün insanlar uşaqlıqda bu infeksiyaya yoluxurlar. Xəstəlikdən sonra yaranan immunitet çox yüksək olur və təkrar xəstələnmə halı olmur.

Xəstəliyin əvvəlində uşağın hərarəti qalxır, onun ümumi halı, iştahası və yuxusu pozulur. Sonra səpgi əmələ gəlir. Səpgi ilk əvvəl xırda qırmızı ləkə şəklində olur. Bir neçə saatdan sonra ləkə qabarcığa çevrilir. Qabarcıqlar 1-2 gündən sonra açılır və onların yerində qartmaq əmələ gəlir. Suçiçəyi qabarcıqları nəinki dərinin müxtəlif yerlərində, başın tüklü hissəsində, cinsi orqanlarda, həmçinin ağız və daxili orqanların selikli qişasında da əmələ gəlirlər.


Ardı →

Diş ağrısı zamanı ilk tibbi yardım

Peşəkar stomatolojı yardım ala bilmədiyiniz halda (məsələn, gecə, şəhərdən kənar yerdə və s.) diş ağrısı ilə mübarizə aparmaq üçün aşağıdaki vasitələrdən istifadə edə bilərsiniz.

İlk öncə xalq təbabəti üsullarından istifadə etmək olar:

1. Hər 2 saatdan bir ağzınızı duz məhlulu ilə qarqara edin (2-3 çay qaşığı duz + 200-250 qr ilıq su).

2. Adaçayı (sürvə) otun dəmləməsi ilə qarqara (2 çay qaşığı ot 250 ml qaynar su ilə 15 dəq. ərzində dəmlənir və otaq temperaturuna qədər soyudulur). Dəmləməni 30 san. ərzində ağızda (xəstə diş tərəfində) saxlayın. Bundan ələvə digər dəmləmələrdən də istifadə edilir: 1 çay qaşığı adaçayı + 1 çay qaşığı çobanyastığı; 2 çay qaşığı nanə; 2 çay qaşığı palıd qabığı.

3. Xarab dişin oyuğuna 1 dənə mixək, kamfara spirtində və ya valeryan damcılarında isladılmış steril pambıq qoymaq olar.

Bu üsullar kömək etmədiyi halda ağrıkəsici bir həb qəbul etmək olar (dərmanı qəbul etməzdən əvvəl onun təlimatını diqqətlə oxuyun!).

Hətta diş ağrısı tam keçdiyi və ya azaldığı halda mütləq yaxın bir zamanda diş həkiminə müraciət edin!

Diş ağrısından xilas olmağın ən yaxşı üsulu – keyfiyyətli və müasir diş pastaları ilə dişlərin gündə 2 dəfə düzgün təmizlənməsi və ildə 2 dəfə olmaqla stomatoloqun müayinəsindən keçməsidir.


Davamı →